Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanda bu çimərlikləri çəyirtkələr basdı - VİDEO

03.07.2026 14:00

Azərbaycanda bu çimərlikləri çəyirtkələr basdı - VİDEO

Novxanı çimərliyində müşahidə olunan qeyri-adi mənzərə istirahətə gələnlərin diqqətindən yayınmayıb. Çimərlik ərazisində minlərlə çəyirtkənin görünməsi sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.

Primeinfo.az xəbər verir ki, analoji hal təkcə Novxanı ilə məhdudlaşmayıb.

Sumqayıt və Abşeron yarımadasının müxtəlif ərazilərində, xüsusilə dənizkənarı zonalarda çəyirtkələrin kütləvi uçuşu qeydə alınıb.

Bildirilir ki, müşahidə olunanlar İtaliya və Mərakeş çəyirtkələridir. Bu növlər sürətlə çoxalması və intensiv qidalanması ilə seçilir. Kütləvi yayıldıqları zaman bağlara, əkin sahələrinə və digər yaşıllıq ərazilərinə ciddi ziyan vurmaq potensialına malikdirlər.

Mütəxəssislər hesab edirlər ki, çəyirtkələrin geniş yayılmasının qarşısını almaq üçün monitorinq tədbirlərinin gücləndirilməsi və zərərvericilərə qarşı vaxtında mübarizə aparılması vacibdir.

 

 

View this post on Instagram

 

Paylaş: