Xəbər axtarın

Son axtarış nəticələri:

Elçibəyin əkiz nəvələrinin şəkli yayıldı

31.12.2025 15:22

Elçibəyin əkiz nəvələrinin şəkli yayıldı

Milli Azadlıq Hərəkatının lideri, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev sosial şəbəkədə əkiz övladlarının şəkillərini paylaşıb.

Primeinfo.az xəbər verir ki, uşaqlardan biri oğlan, digəri qızdır.

Əkizlər bu il martın 26-da dünyaya gəlib. Bakı Sağlamlıq Mərkəzində vaxtından əvvəl doğulan körpələr bir müddət küvəzdə saxlanılıblar.

Ərturqut Əliyev oğluna Ərtuqay, qızına isə Aynaz adı qoyub.

Elçibəyin oğlu Ərturqut Əliyev 2021-ci ildə atasının qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə ailə həyatı qurub.

 

Paylaş: