
Türkiyənin Denizli vilayətinin Buldan rayonunda 5,1 bal gücündə zəlzələ baş verib.
Primeinfo.az xəbər verir ki, zəlzələnin güclü hiss edildiyi bildirilib.
Zəlzələ 7 kilometr dərinlikdə qeydə alınıb, İzmir, Manisa, Dənizli, Muğla və Aydın ətrafında hiss olunub.
Yeraltı təkanla bağlı hələ ki, Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti açıqlama yaymayıb.