Xəbər axtarın

Son axtarış nəticələri:

Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilib - FOTO

22.04.2026 22:06

Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilib - FOTOAzərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçirilən “Heydər Əliyev-2026″ birgə təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Primeinfo.az xəbər verir ki, tədbirdə Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu və Azərbaycan Respublikasının Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri iştirak edib.

Əvvəlcə hərbi təyinatlı müasir silah və döyüş texnikaları, həmçinin ərazidə bölmələrin  yerləşməsi və mərhələlər üzrə icra olunacaq fəaliyyətlər haqqında məlumat verilib.

Planla tanışlıqdan sonra qonaqlar komanda məntəqəsində təlimin gedişatını izləyiblər.
Təlim poliqonunda cəlb olunan iştirakçılar tərəfindən müxtəlif epizodlar praktiki icra olunub.

Sonda təlimdə fərqlənən hərbi qulluqçular həvəsləndirilib və xatirə şəkli çəkdirilib.

Paylaş: