Xəbər axtarın

Son axtarış nəticələri:

Bakının mərkəzi küçələrindən biri BAĞLANIR - FOTO

07.05.2026 10:00

Bakının mərkəzi küçələrindən biri BAĞLANIR - FOTO

Bakı şəhəri, Rəşid Behbudov küçəsinin Sahib Zeynalov küçəsindən Abbasqulu ağa Bakıxanov küçəsinə qədər olan hissəsində təmir işləri aparılacaq.

Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq, 8 may saat 22:00-dan 9 may saat 23:00-dək qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, əvvəlcədən hərəkət istiqamətlərini planlaşdırmaları və alternativ yollardan istifadə etmələri xahiş olunur”, – məlumatda qeyd olunub.

Bakının mərkəzi küçələrindən biri BAĞLANIR - FOTO

Paylaş: