
ABŞ-nin müharibə naziri Pit Heqset Vaşinqtonun Kuba Prezidenti Miguel Díaz-Canel ilə bağlı mümkün addımları istisna etmədiyini bildirib.
Primeinfo.az xəbər verir ki, jurnalistlər Pentaqon rəhbərindən ABŞ-nin Kuba liderinin oğurlanması ehtimalını nəzərdən keçirib-keçirmədiyini soruşublar. O, “Bütün variantlar masadadır” – cavabını verib.
Pit Heqset qeyd edib ki, mümkün addımlarla bağlı yekun qərarı ABŞ Prezidenti Donald Tramp verəcək.
Xatırladaq ki, bu il yanvarın 3-də Amerika hərbçiləri Venesuela Prezidenti Nicolas Maduro və onun həyat yoldaşını xüsusi əməliyyatla ölkədən qaçıraraq, ABŞ-a aparmışdılar.