Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan müdafiə naziri Gürcüstandadır – FOTO

02.06.2026 22:30

Azərbaycan müdafiə naziri Gürcüstandadır – FOTO

Gürcüstanda səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bir sıra hərbi obyektlərdə olub.

Bu barədə Primeinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər proqramına uyğun olaraq, müdafiə naziri Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani və Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvili ilə birlikdə mayor Gela Çedia adına Xüsusi Əməliyyatlar Komandanlığının Muxrovanidəki bazasında olub.

Hərbi baza barədə ətraflı məlumat verildikdən sonra Azərbaycan nümayəndə heyəti burada yaradılan şəraitlə tanış olub və silahlara baxış keçirib.

Paylaş: