
Pentaqon uçan naməlum obyektlər haqqında üçüncü sənəd seriyasını dərc edib.
Primeinfo.az xarici mediaya istinadla xəbər verir ki, buraya 1955-ci ildə Budapeştdən gələn məktub və SSRİ-dəki hadisələrlə bağlı materiallar haqqında MKİ hesabatı daxildir.
Yeni dəst müxtəlif illər ərzində toplanmış FTB, MKİ və Müdafiə Nazirliyinin arxivlərindən 72 faylı əhatə edir. Sənədlərə görə, bunlara 2024 və 2025-ci illərdə ABŞ üzərində müşahidə edilən parlaq kürələrin video görüntüləri də daxil olmaqla daha yeni materiallar daxildir.
MKİ hesabatının əsasını təşkil edən mesaja ayrıca bir bölmə həsr olunub. Orada bir amerikalı şəxsin Budapeştdə qardaşı qızının 1955-ci ilə aid məktubu haqqında hekayəsi danışılır. Onun sözlərinə görə, şəhər sakinləri bir neçə həftədir ki, UNO müşahidələrini müzakirə edirdilər. Budapeşt və Moskva arasındakı marşrutu göstərən rəsm hesabata əlavə edilib.
Dərc olunan materialların bəziləri Sovet İttifaqındakı müşahidələrə aiddir. Bir sənəddə Bakı ilə Tiflis arasında qatarla səyahət edən bir amerikalı haqqında danışılır. O, qırıcı təyyarə böyüklüyündə üçbucaqlı bir obyekt gördüyünü iddia edərək deyib ki, obyekt yerdən qalxıb, bir neçə dəfə spiralvarı manevrlər edib və sonra səmada gözdən itib. Bundan sonra, mətnə görə, bələdçi Daxili İşlər Nazirliyinin əməkdaşının göstərişi ilə dərhal pərdələri bağlayıb.
Başqa bir hadisə SSRİ-də, Balxaş gölünün yaxınlığındakı Sarı Şağan sınaq poliqonu ilə bağlıdır və 1973-cü ilə aiddir. Sənədlərdə parlaq yaşıl, dairəvi bir obyekt gördüyünü iddia edən bir işçinin hesabatına istinad edilir: 15 saniyə ərzində onun ölçüsü böyyüb, ətrafında bir neçə halqa peyda olub və sonra obyekt yoxa çıxıb.