
Paytaxtda tibb müəssisələrinə gələnlər üçün əlavə şəraitin yaradılması istiqamətində işlər davam etdirilir.
Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat veilib.
Qurumdan verilən məlumata görə, daha 7 ünvanda parklanma yerlərinin bir hissəsi ləğv olunaraq “5.14” – “minik taksilərinin duracaq yeri” və 3.28” – “durmaq qadağandır” yol nişanları quraşdırılmaqla minib-düşmə yerləri təşkil edilib.
Belə ki, layihənin davamı olaraq – Məzahir Rüstəmov küçəsi, 7 nömrəli şəhər poliklinikasının, Lermontov küçəsi, 22 nömrəli şəhər poliklinikasının, Abay Kunanbayev və Süleyman Sani Axundov küçələrinin kəsişməsi, 25 nömrəli şəhər poliklinikasının, Məmmədəli Şərifli küçəsi, 4 nömrəli Vərəm Əleyhinə Dispanserin, Əhməd Cavad küçəsi, Respublika Kliniki Uroloji Xəstəxasının, Əcəmi Naxçıvani küçəsi, “Medera Hospital”ın, Natiq Əhmədov küçəsi, “Məlhəm Beynəlxalq Hospitalı”nın yanında müvafiq nişanlar yerləşdirilməklə sərnişinlərin taksi və fərdi nəqliyyat vasitələrinə rahat minib-düşməsi təmin edilib.
Beləliklə, bu günədək paytaxtın 20 ünvanında yerləşən tibb və sosial xidmət müəssisələrinin qarşılarında minib-düşmə yeri və taksilərin sərnişinləri düşürmələri üçün imkan yaradılıb.











