Xəbər axtarın

Son axtarış nəticələri:

Ukraynanın Krım sərhədindəki zərbələri: Logistika məhv edilib

13.06.2026 15:15

Ukraynanın Krım sərhədindəki zərbələri: Logistika məhv edilib

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində yerləşən və Krım istiqamətinə aparan strateji körpülərə sarsıdıcı zərbələr endirib.

Primeinfo.az xəbər verir ki, Rusiya tərəfindən təyin olunmuş Xerson vilayətinin “rəhbəri” Vladimir Saldo bildirib ki, hücumdan sonra Krım sərhədindəki “Cankoy” buraxılış məntəqəsi istiqamətində hərəkət tamamilə bağlanıb. Saldonun sözlərinə görə, gecə saatlarında həmçinin Geniçesk şəhəri ilə Arabat dili arasındakı körpü də hədəfə alınıb.

Ukrayna tərəfindən endirilən bu ağır zərbələri Dmitri Kotsubaylo adına 1-ci ayrıca hücum alayı da rəsmən təsdiqləyib.

Alaydan verilən məlumata görə, Ukrayna hərbçiləri iyunun 13-nə keçən gecə Çonqar ərazisindəki dəmir yolu körpüsünü, ponton keçidini və hərbi təyinatlı yük avtomobillərini dəqiq zərbələrlə sıradan çıxarıblar. Bölgədə logistik xətlərin kəsilməsi bütövlükdə cəbhə xəttindəki gərginliyi pik həddə çatdırıb.

Paylaş: