Xəbər axtarın

Son axtarış nəticələri:

Yaponiya Qrenlandiyaya nümayəndə heyəti göndərəcək

14.06.2026 12:15

Yaponiya Qrenlandiyaya nümayəndə heyəti göndərəcək

Yaponiya nadir torpaq elementlərinin hasilatı potensialını qiymətləndirmək üçün bu yay Qrenlandiyaya nümayəndə heyəti göndərməyə hazırlaşır.

Primeinfo.az xəbər verir ki, bu barədə “Nikkei” məlumat yayıb.

Nümayəndə heyətinin üzvləri yerli hakimiyyət orqanları ilə danışıqlar aparacaq və strateji xammalın çıxarılması sahəsində əməkdaşlıq perspektivlərini araşdıracaqlar.

Qrenlandiyaya maraq nadir torpaq metalları uğrunda qlobal rəqabət fonunda artır. Danimarka Krallığının muxtar ərazisi olan Arktika adası strateji mövqeyi və əhəmiyyətli potensial mineral ehtiyatları sayəsində diqqəti cəlb edir.

Paylaş: