Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ və İsrail İranın Xamneyinin yerini tapmağa çalışır

28.07.2026 19:08

ABŞ və İsrail İranın Xamneyinin yerini tapmağa çalışır

ABŞ və İsrailin kəşfiyyat xidmətləri İranın yeni Ali lideri Müctəba Xamneyinin yerini müəyyənləşdirmək məqsədilə məxfi əməliyyat həyata keçirir.

Primeinfo.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, əməliyyat artıq bir müddətdir davam edir. Bildirilir ki, məqsəd Müctəba Xamneyini zərərsizləşdirmək deyil, onun sağ olub-olmadığını, harada və hansı vəziyyətdə olduğunu müəyyən etməkdir.

“The Times” qeyd edir ki, bu məlumat kəşfiyyat mənbələrinə istinadən verilib.

ABŞ, İsrail və İran rəsmiləri isə bununla bağlı hələlik rəsmi açıqlama verməyiblər.

Paylaş: