Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan güləşçisi üçüncü oldu

28.07.2026 19:30

Azərbaycan güləşçisi üçüncü oldu

Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov bürünc medal qazanıb.

Primeinfo.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz üçüncü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi Giorgi Çxikvadzeni 7:1 hesabı ilə məğlub edib.

Bu nəticə ilə Salmanov turnirdə Azərbaycana ilk medalı qazandırıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən U-17 dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

Paylaş: