Xəbər axtarın

Son axtarış nəticələri:

Ədliyyə Nazirliyi və DİN-nin birgə ƏMƏLİYYATI: Məhkuma aid tapança tapıldı - FOTO

28.07.2026 13:47

Ədliyyə Nazirliyi və DİN-nin birgə ƏMƏLİYYATI: Məhkuma aid tapança tapıldı - FOTO

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi (DİN) birgə əməliyyat keçirib.

Bu barədə Primeinfo.az-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Xətai rayonu, Şahin Səmədov küçəsi 25 ünvanında dəmir yol xəttinin yaxınlığında gizlədilmiş 1 ədəd “Makarov PM” markalı tapança, ona məxsus 1 ədəd daraq və 6 ədəd ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: