Xəbər axtarın

Son axtarış nəticələri:

Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün CƏZALANDIRILDI

16.07.2026 13:43

Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün CƏZALANDIRILDI

Hidayət Heydərov iki yarışda çəki sala bilmədiyi üçün cəzalanıb. Bu, federasiyanın daxili məsələsidir və cəzanın mahiyyəti açıqlanmayacaq. Nizam-intizam bizim üçün çox önəmlidir.

Primeinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransında deyib.

O, Olimpiya çempionu Hidayət Heydərovun hazırda əsas probleminin çəki olduğunu bildirib: “Başa düşməliyik ki, Heydərovun çəkisini sala bilməməsinin müəyyən səbəbləri var. Bu məsələ ilə bağlı onunla danışmışıq. Hidayətin potensialına isə heç bir şübhəmiz yoxdur. İnanırıq ki, o, gələcəkdə ikiqat Olimpiya çempionu ola bilər. Məşqlərə vaxtında gəlir, gecikmir. Hazırda əsas problemi çəki məsələsidir və bunun üzərində işləyirik”.

Qeyd edək ki, dünya çempionatı oktyabrın 4-11-də təşkil olunacaq.

Paylaş: