Xəbər axtarın

Son axtarış nəticələri:

Kriştianu Ronaldu dünya çempionatları ilə vidalaşdı - FOTO - VİDEO

07.07.2026 10:59

Kriştianu Ronaldu dünya çempionatları ilə vidalaşdı - FOTO - VİDEO

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu dünya çempionatları tarixində son oyununu keçirib.

Primeinfo.az Apasport.az-a istinadən xəbər verir ki, 41 yaşlı hücumçunun mundial karyerası DÇ-2026-nın 1/8 finalında İspaniyaya 0:1 hesablı məğlubiyyətdən sonra başa çatıb.

Ronaldu oyun öncəsi bunun karyerasındakı son dünya çempionatı olduğunu bildirmişdi.

Ulduz futbolçu dünya çempionatlarında ümumilikdə 30 oyun keçirib, 12 qol vurub və 4 məhsuldar ötürmə verib. O, mundiallarda 6 müxtəlif turnirdə meydana çıxan ilk futbolçu kimi tarixə düşüb.

Qeyd edək , Ronaldu Portuqaliya millisinin heyətində indiyədək 226 oyun keçirib, 142 qol vurub və yığmanın tarixinin ən çox oyun keçirən, həmçinin ən çox qol vuran futbolçusudur.

Kriştianu Ronaldu dünya çempionatları ilə vidalaşdı - FOTO - VİDEO

Paylaş: