Xəbər axtarın

Son axtarış nəticələri:

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

09.07.2026 22:58

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 166, 207, 440, 441, 443 və 447 nömrəli şəhərətrafı, Bakı-İsmayıllı, Bakı-Daşkəsən, Bakı-Qəbələ, Bakı-Ağcabədi, Bakı-Şabran, Sumqayıt-Naftalan, Sumqayıt-Ağsu, Sumqayıt-Cəbrayıl, Gəncə-Zaqatala, Gəncə-Balakən, Balakən-Gəncə, Mingəçevir-Gəncə, Mingəçevir-Qax, Mingəçevir-Qəbələ, Ağdaş-Gəncə, Şəki-Gəncə, Şəki-Oğuz, Qəbələ-Şəki, Oğuz-Gəncə, Bərdə-Zaqatala, Bərdə-Şəki, Bərdə-Gəncə, Şirvan-Şamaxı və Neftçala-Sumqayıt istiqamətlərində, eləcə də Ağcabədi şəhəri üzrə 1 və 2 nömrəli şəhərətrafı  avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Primeinfo.az xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 7 avqust 2026-cı il saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-İsmayıllı, Bakı-Daşkəsən, Bakı-Qəbələ, Bakı-Ağcabədi, Bakı-Şabran, Sumqayıt-Naftalan, Sumqayıt-Ağsu Sumqayıt-Cəbrayıl istiqamətlərində 9 lot üzrə avqustun 25-də;

Gəncə-Zaqatala, Gəncə-Balakən, Balakən-Gəncə, Mingəçevir-Gəncə, Mingəçevir-Qax, Mingəçevir-Qəbələ, Ağdaş-Gəncə, Şəki-GəncəŞəki-Oğuz istiqamətlərində 9 lot üzrə avqustun 28-də;

Qəbələ-Şəki, Oğuz-Gəncə, Bərdə-Zaqatala, Bərdə-Şəki, Bərdə-Gəncə, Şirvan-Şamaxı və Neftçala-Sumqayıt istiqamətlərində 7 lot üzrə sentyabrın 1-də;

paytaxtın 166 (Maştağa qəs. (Rəşid Behbudov küç.) – Naxçıvanski küç)), 207 (Bülbülə qəs. (3-cü mədən) – Əmircan qəs.), 440 (Buzovna qəs. (26 nömrəli orta məktəb) – Buzovna qəs. (Qədəmgah küç. Məscid)), 441 (Şüvəlan qəs. (İlqar Muradov küç.) – Şağan qəs.), 443 (Şağan qəs. (Qazmaçılar küç. Ziyarətgah) – Qala dəmiryol stansiyası) və 447 (Qala qəs. – Mərdəkan qəs. (mərkəz)) nömrəli şəhərətrafı, Ağcabədi şəhərində 1 nömrəli(Hacıbədəlli kəndi – Göyçə küç. (Mərkəzi Xəstəxana)) və 2 nömrəli (Xocavənd kəndi (Sadıq Hüseynov küç). – Xan Şuşinski küç.) şəhərətrafımarşrutları üzrə 8 lotda sentyabrın 3-də baxılacaq.

Qeyd: Sumqayıt-Ağsu marşrut xəttinin hərəkət sxemi M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ilə müəyyən edilib.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Paylaş: