
Prezident İlham Əliyev Türkiyənin “Baykar” şirkətinin İdarə Heyətinin sədri Selçuk Bayraktarı qəbul edib.
Primeinfo.az xəbər verir ki, bu barədə S.Bayraktar özünün sosial şəbəkə hesabında paylaşım edib.
“Azərbaycana səfərimiz çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bizi qəbul etdi. Görüşümüz zamanı “Bayraktar Teknoloji”nin Azərbaycanda həyata keçirdiyi layihələr barədə Cənab Prezidentə məlumat vermək şərəfinə nail oldum. Səmimi və yüksək qonaqpərvərliyinə görə dərin təşəkkürümü bildirirəm.
Can Azərbaycanla birliyimiz və qardaşlığımız əbədi olsun”, – deyə o qeyd edib.
Azerbaycan ziyaretimiz kapsamında Sayın Cumhurbaşkanı İlham Aliyev tarafından kabul edildik. Görüşmemizde, Bayraktar Teknoloji’nin Azerbaycan’da yürüttüğü projeler hakkında kendilerine bilgi arz ettim. Nazik kabulleri dolayısıyla şükranlarımı sunuyorum.
Can Azerbaycan ile… pic.twitter.com/vGweyJZL10
— Selçuk Bayraktar (@Selcuk) July 9, 2026