Xəbər axtarın

Son axtarış nəticələri:

Numan Kurtulmuş “Terrorsuz Türkiyə” qanun layihəsini imzaladı

04.08.2026 20:16

Numan Kurtulmuş “Terrorsuz Türkiyə” qanun layihəsini imzaladı

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş “Milli Həmrəyliyin və İctimai Bütövləşmənin Gücləndirilməsi haqqında” qanun layihəsini imzalayıb.

Primeinfo.az xəbər verir ki, sözügedən sənəd “Terrorsuz Türkiyə” təşəbbüsü çərçivəsində hazırlanıb.

Qanun layihəsinin məqsədi ölkədə milli həmrəyliyin möhkəmləndirilməsi və ictimai bütövləşmənin gücləndirilməsi istiqamətində hüquqi mexanizmlərin yaradılmasıdır.

Layihə imzalandıqdan sonra qanunvericilik prosedurlarına uyğun olaraq Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq.

Paylaş: