
Avqustun 10-u səhər saatlarında Ukrayna ordusu Tararıstan Respublikasının Nijnekamsk şəhərindəki neft emalı zavoduna pilotsuz uçuş aparatları (PUA) zərbələri endirib. Nəticədə 12 nəfər ölüb, 39 nəfər xəsarət alıb.
Primeinfo.az xəbər verir ki, bu barədə Nijnekamsk rəhbəri Radmir Belyayev “Teleqram” kanalında məlumat verib.
O qeyd edib ki, Nijnekamsk və Çistopolye sakinləri şəhərləri üzərindən çoxlu sayda pilotsuz uçuş aparatlarının hücum etdiyini bildiriblər. PUA vasitəsilə həm sənaye, həm də mülki obyektlərə zərbə endirilir. Zavodda partlayış və yanğınlar qeydə alınıb.
Respublika ərazisində matəm elan edilib.