Xəbər axtarın

Son axtarış nəticələri:

Ukraynaya məxsus gəmilər VURULDU

04.08.2026 20:39

Ukraynaya məxsus gəmilər VURULDU

Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus dörd yük gəmisinə və hərbi infrastruktura zərbələr endirildiyini açıqlayıb.

Primeinfo.az xəbər verir ki, nazirliyin məlumatına görə, gün ərzində yüksək dəqiqlikli silahlar və zərbə dronları ilə Nikolayev limanında üç yük gəmisi, Odessa şəhərinin cənubunda Qara dənizdə hərbi təyinatlı yüklər daşıyan daha bir yük gəmisi vurulub.

Bildirilib ki, Qara dənizin şimal hissəsində, Oçakov şəhərinin cənub-şərqində Ukraynaya məxsus iki pilotsuz kater də məhv edilib.

Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, Çernomorsk limanında hərbi yüklərin saxlanıldığı konteyner terminalına və FP-2 tipli pilotsuz uçuş aparatlarının yerləşdiyi anbara da zərbələr endirilib.

Paylaş: