
Nizami rayonunda 51 min manatlıq oğurluq edənlər saxlanılıblar.
Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, şirkətlərə məxsus anbarların birindən kombi aparatları oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər – R.Tərlanlı, K.Əsgərov, A.Abışov və N.Əhmədov saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, onlar dəyəri 51 min manat olan 48 ədəd kombi aparatını talayıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.