Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanlı futbolçu “Qalatasaray”a keçir

04.09.2026 13:52

Azərbaycanlı futbolçu “Qalatasaray”a keçir
Azərbaycanlı müdafiəçi Can Hacıyev Türkiyənin “Qalatasaray” klubu ilə müqavilə imzalayıb.

Primeinfo.az Komanda.az-a istinadən xəbər verir ki, 17 yaşlı futbolçu növbəti iki mövsümdə İstanbul klubunun U-19 komandasında oynayacaq.

Bu komanda isə UEFA Gənclər Liqasında mübarizə aparacaq. Hacıyev ötən mövsümü İsveçrənin “Sion” klubunun gənclər komandasında keçirib.

1,87 metr boyu olan futbolçu sağ cinah və ya mərkəz müdafiəçisi kimi oynaya bilir. Türkiyə və Qazaxıstan futbol federasiyaları onu yığma komandaya cəlb etmək istəyiblər.

Paylaş: