
1990-cı illərin əfsanəvi supermodeli Naomi Kempbell Azərbaycana gəlib.
Primeinfo.az-ın xəbərinə görə, bu barədə Naomi Kempbell öz “İnstagram” hesabında paylaşım edib.
O, Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi oyunları münasibətilə təşkil olunan gecədə iştirak edib.
Görüntülərdə modelin şəxsi təyyarədən düşdüyü anlar və gecədə iştirakı ilə bağlı kadrlar yer alıb.
Qeyd edək ki, Naomi Kempbell 2 il əvvəl də “Formula 1” oyunlarını izləmək üçün Bakıya gəlib. Model Bakıya gəlməzdən əvvəl Milanda Moda Həftəsinə qatılıb.

Посмотреть эту публикацию в Instagram
Посмотреть эту публикацию в Instagram