Xəbər axtarın

Son axtarış nəticələri:

ŞOK İDDİA: "Bu, Rusiyanın sonunu gətirəcək" - VİDEO

07.09.2026 17:28

ŞOK İDDİA: "Bu, Rusiyanın sonunu gətirəcək" - VİDEO

“Gələn məlumatlara əsasən Böyük Britaniya dəhşətli silah istehsal edib. Bu silah növü yaxın zamanda ordunun sərəncamına verilməlidir. Bundan əlavə,  onun istehsalı Ukraynada da təşkil edilməlidir. Daha sonra isə bu Rusiyanın tamamilə sonunu gətirəcək. Rusiyanın bir neçə kəndi işğal etməsi müharibənin taleyini həll edə bilməz”.

Primeinfo.az xəbər verir ki, bu sözləri politoloq Qabil Hüseynli Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

Qeyd edək ki, Britaniya 2026-cı ildə Ukrayna üçün 500 km-dən artıq məsafəyə uça bilən, nisbətən ucuz yeni zərbə silahları hazırlayıb və üç prototip uğurla sınaqdan keçirilib. Onların 225 kq-a qədər döyüş başlığı daşıması nəzərdə tutulur.

Bu silahlar xüsusilə Storm Shadow-dan daha ucuz və kütləvi istehsala uyğun konsepsiya kimi hazırlanır.

Davamı “Qırmızı masa”da:

Paylaş: