
Kürdəmirdə toyda zəhərlənən şəxslərin sayı 91 nəfərə çatıb.
Primeinfo.az-ın “Report”a istinadən məlumatına görə, onların böyük əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hadisə yerinə AQTA-nın əməkdaşları cəlb olunub yoxlamalar aparılıb və az sonra bununla bağlı ictimaiyyətə geniş məlumat verilməsi nəzərdə tutulur.
Faktla bağlı araşdırmalar aparılır.
***
00:43
Kürdəmirdə toy mərasimində zəhərlənənlərin sayı 50 nəfəri keçib.
Primeinfo.az xəbər verir ki, onlardan 7-si azyaşlıdır.
Qeyd edək ki, hadisə ötən gün şəhər ərazisində yerləşən “Günəş” restoranında qeydə alınıb.
Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyətləri orta ağırdır.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.