Xəbər axtarın

Son axtarış nəticələri:

Polis qanunsuz saxlanılan daha 5 avtomatı aşkarladı

14.03.2026 22:05

Martın 13-ü polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat və 19 tüfəng aşkar edib.

Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, silahlardan başqa, 16 patron darağı və 1928 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Paylaş: