Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ-də güclü ZƏLZƏLƏ

03.06.2026 19:30

ABŞ-də güclü ZƏLZƏLƏ

ABŞ-nin Oreqon ştatının akvatoriyasında 5.7 bal gücündə zəlzələ baş verib.

Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 10:53-də (Bakı vaxtı ilə saat 14:53 – red.) qeydə alınıb.

Zəlzələnin episentri Pistol-River yaşayış məntəqəsindən təxminən 159 kilometr cənub-qərbdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.

İtki və dağıntı barədə məlumat verilməyib.

Paylaş: