Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ

28.08.2026 22:01

Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ

Bu gün saat 22:00-dan etibarən aparılacaq təmir işləri ilə əlaqədar paytaxtın Mirmahmud Kazımovski küçəsinin Mir Cəlal küçəsindən Cavad xan küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Primeinfo.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, məhdudiyyət təmir işləri bitənədək tətbiq ediləcək.

Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Paylaş: