Xəbər axtarın

Son axtarış nəticələri:

Balakəndə DƏHŞƏTLİ hadisə: Ana və oğlunun həlak olduğu qəzada ata da öldü - FOTO - YENİLƏNİB

11.08.2026 12:09

Balakəndə DƏHŞƏTLİ hadisə: Ana və oğlunun həlak olduğu qəzada ata da öldü - FOTO - YENİLƏNİB

Balakən rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan daha bir nəfər ölüb.

Primeinfo.az-ın məlumatına görə, hadisə nəticəsində “Toyota” markalı avtomobildə olan sərnişin 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Xatırladaq ki, dünən Balakən rayonunun Katex kəndi ərazisində “Hyundai”, KIA və “Toyota” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 1974-cü il təvəllüdlü Pərvanə Zahid qızı Məmmədova, Məryəm Kamil qızı Hoorsova və 1999-cu il təvəllüdlü Rəşad Yaşar oğlu Mütəllibov hadisə yerində ölüb, 1975-ci il təvəllüdlü Yaşar Mahamarəsul oğlu Mütəllibov və 1965-ci il təvəllüdlü Şərif Siracəddin oğlu Soltanov xəsarətlərlə xəstəxanaya yerləşdirilmişdilər.

Qeyd edək ki, ölənlərdən Y.Mütəllibov ailə baçısı, P.Məmmədova onun həyat yoldaşı, R.Mütəlibov isə onların övladıdır.

Balakəndə DƏHŞƏTLİ hadisə: Ana və oğlunun həlak olduğu qəzada ata da öldü - FOTO - YENİLƏNİB

***

10.08.2026, 10:53

Balakəndə baş verən yol qəzasında bir ailənin 2 üzvü və daha bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

“Toyota” markalı avtomobilin sürücüsü Rəşad Mütəllibov, onun anası – 52 yaşlı Pərvanə Məmmədova və “Hyundai”nin sürücüsü Məryəm Hoorsova hadisə yerində ölüb.

Qəzada xəsarət alan iki nəfərin isə “Toyota”da olan sərnişin 51 yaşlı Yaşar Mütəllibov və “Hyundai”da olan sərnişin 61 yaşlı Şərif Soltanov olduğu bildirilir.

Qeyd edək ki, “Toyota” markalı avtomobildə olan şəxslər hamısı bir ailənin üzvləri olub.

***

Balakən rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər (kişi) 10 avqust tarixində saat 09:15 radələrində Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Primeinfo.az APA-ya istinadən bildirir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

“Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Hazırda müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri ağır qiymətləndirilir. Hadisə nəticəsində 3 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb”, məlumatda deyilir.

***

10.14

Balakəndə baş verən yol qəzasında üç nəfər ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza zamanı üç nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Ölənlərdən birinin “Toyota”da olan sərnişin, Balakənin Sarıbulaq kənd sakini Rəşad Mütəllibov və “Hyundai”nin sürücüsü Katex kənd sakini Məryəm Hoorsova olduğu bildirilir.

***

09.50

Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunda, Balakənin Katex kəndi ərazisində baş verib.

“Hyundai”, “KİA” və “Toyota” markalı avtomobillərin toqquşması nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Paylaş: