Xəbər axtarın

Son axtarış nəticələri:

Bu gün Müctəba Xamneyinin andiçmə mərasimi keçiriləcək

09.03.2026 10:23

Bu gün Müctəba Xamneyinin andiçmə mərasimi keçiriləcək
Bu gün İranın yeni ali rəhbəri Müctəba Xamneyinin sədaqət andı mərasimi keçiriləcək.

Primeinfo.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Tədbir saat 15:00-da (Bakı vaxtı ilə 15:30-da) Tehranın mərkəzindəki “Azadi” meydanında baş tutacaq.

Xatırladaq ki, İran Ekspertlər Şurası Müctəba Xamneyini ölkənin yeni ali rəhbəri seçib.

“The New York Times” yazıb ki, İranın əvvəlki ali rəhbərinin oğlu Müctəba Xamneyi İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə sıx əlaqələri ilə tanınır.

Əli Xamneyinin həlak olmasından sonra SEPAH onun oğlunun təyin olunmasında israr edib.

 

 

Paylaş: