
“Diplomatik korpusun üzvləri ilə birlikdə Qarabağa səfər edirik. Səfərimiz Xocalı Soyqırımı Memorialını ziyarətlə başladı”.
Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “X” hesabında diplomatik korpusun nümayəndələrinin Qarabağa səfərinə dair paylaşımında bildirilir.
“Keçmişin bəzi xatirələrinə göz yuma bilmərik. Xocalı qurbanlarının əziz xatirəsinə ən dərin hörmətimizi bildirdik”, – deyə H.Hacıyev vurğulayıb.
Qeyd edək ki, səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatı təmsil edən 150-dən artıq səfir, diplomat, hərbi attaşe və digər nümayəndə iştirak edir.
İki gün davam edəcək səfər zamanı qonaqlar Xankəndi şəhərində, Xocalı, Şuşa və Laçın rayonlarında olacaq, bölgədə aparılan yenidənqurma və bərpa işlərini yerində izləyəcək, həmçinin sosial və iqtisadi əhəmiyyətli obyektlərlə tanış olacaqlar.
We are visiting Karabakh together with members of the diplomatic corps. Our trip began with a visit to the Khojaly Genocide Memorial. We cannot close our eyes to certain memories of the past. We paid our deepest respects to the cherished memory of the victims of Khojaly. pic.twitter.com/16QWVyA4LF
— Hikmet Hajiyev (@HikmetHajiyev) May 1, 2026