Xəbər axtarın

Son axtarış nəticələri:

Son dəqiqə: İran nümayəndə heyəti danışıqları dayandırdı

21.06.2026 22:15

Son dəqiqə: İran nümayəndə heyəti danışıqları dayandırdı

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlar gözlənilmədən dayandırılıb.

Primeinfo.az xəbər verir ki, Tasnim-in məlumatına görə, İran nümayəndə heyəti ABŞ Prezidenti Donald Trampın təhdid xarakterli açıqlamalarından sonra danışıqları tərk edib.

İran nümayəndə heyətinin üzvü bildirib ki, Livanda hərbi əməliyyatlar dayandırılmayana qədər dialoq bərpa olunmayacaq.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp danışıqlar davam etdiyi vaxt İranı Livandakı qüvvələrinin fəaliyyətinə görə sərt şəkildə tənqid etmişdi. O bildirmişdi ki, İran Livandakı yüksək maliyyələşdirilən qüvvələrini dərhal cilovlamalı və təxribat xarakterli addımlara son qoymalıdır.

Tramp xəbərdarlıq etmişdi ki, əks halda ABŞ ötən həftə olduğu kimi yenidən İrana zərbə endirəcək, lakin bu dəfə daha böyük güclə.

Bu arada İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, İsrail qüvvələri İsrailin təhlükəsizliyini təmin etmək üçün nə qədər lazımdırsa, bir o qədər də Livanın cənubunda qalacaq.

Paylaş: