Xəbər axtarın

Son axtarış nəticələri:

TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi

02.06.2026 12:12

TƏBİB-də yeni təyinat - Departament rəhbəri dəyişdi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub.

Primeinfo.az Manşet.az-a istinadən xəbər verir ki, bu vəzifə Zara İbrahimzadəyə həvalə edilib.

O, bu təyinata qədər ABB-də Marketinq departamentinin direktoru, “PAŞA Bank” ASC-də Baş İcraçı Direktorun müşaviri vəzifələrində çalışıb.

Xatırladaq ki, bir müddət əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova tutduğu vəzifədən azad edilib. Onun vəzifəsi Elnur Hidayətoğluna həvalə olunmuşdu.

Paylaş: