ABŞ və İsrailin İranda hətta kimyəvi silahdan istifadə edəcəyi istisna edilmir. Belə olan halda mən İranın üstünlüyünü görmürəm. Üstəlik də ötən gün daha iki əyalət qubernatoru öldürülüb.
Bu gün Tehranda Ramazan bayramı namazı Hüccətül-İslam Məhəmməd Cavad Hacı Əliəkbərinin imamətində qılınıb.
Trampın Starmerə təzyiqi nəticəsini verib. Britaniya Hind okeanıdakı bazanı amerikanların üzünə açıb.
ABŞ ordusu Hörmüz boğazı sahilində İranın raket bazalarını bombalayıb. Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” səhifəsində bildirilib. Qeyd edilib ki, ABŞ qüvvələri İranın Hörmüz boğazı sahili boyunca möhkəmləndirilmiş raket bazalarına bir neçə 2000 tonluq dərin nüfuzedici bombadan uğurla istifadə edib.
“İranın hərbi qüvvələri məhv edilib və ABŞ ölkənin hava müdafiə sistemlərini sıradan çıxarıb. Həmçinin onun qüvvələrini ciddi şəkildə zəiflədib”.
İraqın paytaxtı Bağdadda yerləşən Amerika Birləşmiş Ştatlarının səfirliyi pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb. Primeinfo.az xəbər verir ki, AFP agentliyinə danışan rəsmi şəxs səfirliyin pilotsuz uçuş aparatı ilə vurulduğunu bildirib. Digər təhlükəsizlik mənbəyi də diplomatik missiyanın hədəf alındığını təsdiqləyib.
ABŞ prezidenti Donald Trump İranla bağlı son dərəcə sərt və diqqət çəkən bəyanat verib.
“Ayətullahları oradakı insanların əli ilə öldürəcəklər. Amerika öz silahının qədrini bilən dövlətdir. ABŞ hansısa mənasız ayətullah üçün on milyonlarla dollarlıq raket atmaz”.
Prezident Donald Tramp ABŞ-nin silah ehtiyatlarının yüksək səviyyədə olduğunu və hərbi əməliyyatları əbədi, üstəlik, çox uğurlu şəkildə aparmağa imkan verdiyini bəyan edib. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, o bunu “Truth Social”da yazıb. “Birləşmiş Ştatların orta və yuxarı orta səviyyələrdəki silah ehtiyatları heç vaxt bu qədər yüksək və yaxşı olmayıb.