
“İranın hərbi qüvvələri məhv edilib və ABŞ ölkənin hava müdafiə sistemlərini sıradan çıxarıb. Həmçinin onun qüvvələrini ciddi şəkildə zəiflədib”.
Primeinfo.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına bildirib.
Jurnalistlərin Trampa “İran üzərində qələbəni rəsmi şəkildə elan etməyə hazırsınızmı?” sualına ABŞ lideri “Hələlik bunu etməyə hazır deyiləm. Amma Tehranın hərbi imkanlarına vurulan ziyanın miqyası çox böyükdür. Mən sadəcə deyərdim ki, onlar məhv edilib. Əgər biz indi əməliyyatlardan ayrılsaq belə, onların yenidən qurulması on il və ya daha çox vaxt aparacaq. Amma mən hələ də bunun bitdiyini elan etmirəm”, – deyib.
Donald Tramp bildirib ki, ABŞ əməliyyatları İranın hava qüvvələrini və hava hücumundan müdafiə sistemlərini sıradan çıxarıb və ölkəni faktiki olaraq “heç bir hava müdafiəsi olmadan” qoyub.
“İranın raket və pilotsuz uçuş aparatları imkanları da ciddi şəkildə azaldılıb. ABŞ və İsrailin İranla bağlı oxşar məqsədləri var və iki ölkənin orduları çox yaxşı koordinasiya olunub”, – deyə Tramp əlavə edib.