Bəhreyn İranın raket və pilotsuz aparat hücumlarının qarşısının alındığını açıqlayıb
Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanlığı ölkənin hava hücumundan müdafiə sistemlərinin bazar günü səhər saatlarında İran tərəfindən həyata keçirildiyi bildirilən bir neçə raket və pilotsuz uçuş aparatı hücumunu zərərsizləşdirdiyini açıqlayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Qatar News Agency-i məlumat yayıb , rəsmi bəyanatda İranın raket və pilotsuz aparatlarla Bəhreyndə mülki əhalini hədəf aldığı iddia olunub. Vətəndaşlara və ölkə sakinlərinə hücumlar nəticəsində qalan naməlum əşyalara yaxınlaşmamaq, onlara toxunmamaq və bu cür halları dərhal aidiyyəti qurumlara bildirmək tövsiyə edilib.