“Bir tərəfdən Azərbaycan ilə iqtisadi əlaqələri genişləndirməkdə maraqlı olduğunu bəyan edən, digər tərəfdən isə revanşist qüvvələri dəstəkləyən rəsmi İrəvanın sülh gündəliyinə sadiqliyinin səmimi olması şübhə yaradır”. Primeinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, Azərbaycan ilə Ermənistan arasındakı ticarət dövriyyəsi artıq 18 milyon dolları keçib: “Azərbaycan üzərindən Ermənistana yükdaşımalar davam edir.
Ermənistan və Azərbaycan xarici işlər nazirləri bu ay Nyu-Yorkda görüşməyi planlaşdırırlar. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Azadlıq Radiosu”nun erməni xidmətinin sualına cavab olaraq bildirib. “Biz BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşməyi planlaşdırırıq.
Azərbaycan Ermənistanla sülh prosesinin irəli aparılması üçün önəmli addımlar atıb.
Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri “Sülh körpüsü” təşəbbüsü …
Heç bir etibarlı sübut təqdim edilmədən belə ağır ittihamların fakt kimi ictimaiyyətə təqdim olunması insan hüquqlarının müdafiəsi prinsipləri ilə bir araya sığmır.
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunacaq, tranzit yüklərin tədarükü həyata keçiriləcək.
3 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının Prezidenti Pere Xuan Pons Sampietro ilə görüşüb. XİN-dən Primeinfo.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq gündəliyində duran məsələlər, ATƏT məkanında mövcud təhlükəsizlik çağırışları, regionda vəziyyət, habelə Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə olunub. Nazir Ceyhun Bayramov Azərbaycanın ATƏT Parlament Assambleyası ilə əməkdaşlığa əhəmiyyət verdiyini, parlamentlərarası dialoqun ATƏT məkanında qarşılıqlı anlaşmanın, etimadın və əməkdaşlığın təşviqində mühüm rol oynadığını qeyd edib.
Vaşinqton sammitindən bəri biz faktiki sülh şəraitində yaşayırıq. Azərbaycanla Ermənistan arasında hərbi eskalasiya baş verməyib.
Azərbaycandan Ermənistana növbəti tədarük həyata keçiriləcək. Primeinfo.az xəbər verir ki, 17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı sabah Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 55 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 334 ton taxta göndərilib.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 30 avqust Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib.