Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)

Qurban bayramında nə qədər heyvan kəsilib? - AÇIQLAMA - FOTO

Qurban bayramında nə qədər heyvan kəsilib? - AÇIQLAMA - FOTO

Müqəddəs Qurban bayramının növbəti günündə Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların satış və kəsim xidmətləri davam etdirilib.  Primeinfo.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, bayramın ilk günü ərzində 20 mindən çox iri və xırdabuynuzlu heyvan satışa çıxarılıb.

AQTA: Qurban ətini bu ünvanlardan ala bilərsiniz - SİYAHI

AQTA: Qurban ətini bu ünvanlardan ala bilərsiniz - SİYAHI

Naxçıvan Muxtar Respublikası daxil olmaqla, ölkə üzrə ümumilikdə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, məntəqələrin 75-də satış-kəsim, 27-də yalnız satış, 32-də isə yalnız kəsim xidmətləri vətəndaşlara təqdim edilir.

AQTA zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısını alıb - FOTO

AQTA zoonoz xəstəliklərə şübhəli heyvanların ölkəyə idxalının qarşısını alıb - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədəki epizootik salamatlığın, heyvan sağlamlığının təmin edilməsi və respublika ərazisinə zoonozmənşəli infeksiyaların daxil olmasının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən Primeinfo.az-a verilən məlumata görə, cari il mayın 12-də “Ana Vətən Aqro” MMC tərəfindən Gürcüstanın “Universal Business Company” şirkətindən idxal olunması nəzərdə tutulan ümumilikdə 134 baş kəsim üçün gətirilmiş diri iribuynuzlu heyvan “Qırmızı Körpü” Qida təhlükəsizliyi nəzarəti məntəqəsində qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun olaraq kliniki müayinədən keçirilib. Aparılan kliniki baxış zamanı 2 baş heyvanda şübhəli əlamətlər aşkarlanıb.

Azərbaycana gətirilən toyuq məhsulunda bakteriya AŞKARLANDI

Azərbaycana gətirilən toyuq məhsulunda bakteriya AŞKARLANDI

Ukraynadan Azərbaycana idxal olunan 4,9 ton dondurulmuş toyuq məhsulunda (16.02.2026-16.02.2028 istehsal və son istifadə tarixli) uyğunsuzluq aşkarlanıb. Bu barədə Primeinfo.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, laborator müayinələr nəticəsində məhsulda “salmonella” (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakterial infeksiya – red) aşkarlanıb.