Xəbər axtarın

Son axtarış nəticələri:

BANM-də ölkədə ilk dəfə “SABAH” proqramı üzrə doktorantura təhsilinə başlanılır

26.05.2026 19:55

BANM-də ölkədə ilk dəfə “SABAH” proqramı üzrə doktorantura təhsilinə başlanılır

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ali Neft Məktəbində (BANM) ölkədə ilk dəfə olaraq “SABAH” proqramı çərçivəsində doktorantura təhsili almaq imkanı yaradılıb. Artıq BANM-də Yer elmləri və Texnika elmləri istiqamətləri üzrə “SABAH” proqramında doktorantura təhsili həyata keçiriləcək.

Primeinfo.az-a BANM-dən verilən məlumata görə, yer elmləri istiqaməti üzrə dövlət sifarişli, əyani 8, texnika elmləri istiqaməti üzrə isə 12 yer təqdim edilir.

Bakı Ali Neft Məktəbində təhsil almaqla doktorantlar yüksək təqaüd imkanlarından, 4 illik əyani təhsil modelindən, tədris yönümlü proqramlardan və təcrübəli professor-müəllim heyətinin rəhbərliyi altında təşkil olunan elmi fəaliyyətlərdən yararlana biləcəklər.

Bununla yanaşı, doktorantlar BANM-in zəngin maddi-texniki bazası, müasir elmi-tədqiqat laboratoriyaları, elmi kitabxana və elektron resurslardan istifadə, beynəlxalq rəqəmsal məlumat bazalarına çıxış imkanları ilə təmin olunacaqlar. Bakı Ali Neft Məktəbinin Kampusu daxilində yerləşən Tələbə evindən və İdman mərkəzindən istifadə imkanları da doktorantların sosial və akademik həyatına əlavə üstünlüklər qazandıracaq.

BANM-də doktorantura təhsilinin önəmli üstünlüklərindən biri də doktorantların ali təhsil müəssisəsində fəaliyyət göstərmək imkanına malik olmasıdır.

Paylaş: