Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanda bayram namazı qılındı - FOTO - VİDEO

27.05.2026 10:12

Azərbaycanda bayram namazı qılındı - FOTO - VİDEO

Qurban bayramı münasibətilə bu gün Bakıdakı Əjdərbəy, Təzəpir və digər məscidlərdə bayram namazı qılınıb.

Primeinfo.az xəbər verir ki, ibadətdə din xadimləri, Azərbaycanda yaşayan əcnəbilər və yerli sakinlər iştirak ediblər.

Təzəpir məscidində təşkil olunan bayram namazına Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə imamətlik edib.

Bayram namazı təkcə paytaxtda deyil, respublikanın müxtəlif bölgələrində, eləcə də işğaldan azad olunmuş ərazilərdə yerləşən məscidlərdə də qılınıb.

Xatırladaq ki, bu il Azərbaycanda Qurban bayramı mayın 26-27-si keçirilir.

 

Paylaş: