
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu CHP parlament fraksiyasının sədri Özgür Özelin qurultay çağırışına cavab verib.
Primeinfo.az NTV-yə istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.
Kamal Kılıçdaroğlu CHP-nin qurultayını keçirəcəklərini deyib: “Biz qurultayı keçirəcəyik, qurultaysız partiya ola bilərmi? Bu, hüquqi çərçivədə edilməlidir”.
CHP sədrinin sözlərinə görə, partiya ilə bağlı son qərar üzrə tədbirlər aradan qaldırıldıqdan sonra qurultay baş tutacaq.
O, Özgür Özellə görüşmədiyini də söyləyib.
Qeyd edək ki, Ankara Məhkəməsinin qərarına əsasən CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib. Qərara görə, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. CHP-nin keçmiş lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.