Xəbər axtarın

Son axtarış nəticələri:

ETX-nin fəaliyyəti “OIC-CERT”in illik hesabatında əksini tapıb - FOTO

26.05.2026 18:40

ETX-nin fəaliyyəti “OIC-CERT”in illik hesabatında əksini tapıb - FOTO

İslam Əməkdaşlıq Təşkilatının Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzləri Şəbəkəsi (OIC-CERT) üzv dövlətlərin kibertəhlükəsizlik ekosistemi, fəaliyyət istiqamətləri və nailiyyətlərini əks etdirən “OIC-CERT 2025 ANNUAL REPORT” illik hesabatını yayımlayıb.

Elektron Təhlükəsizlik Xidmətindən Primeinfo.az-a verilən xəbərə görə hesabatda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) 2025-ci il ərzində ölkədə kibertəhlükəsizlik mühitinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, maarifləndirmə fəaliyyəti və beynəlxalq əməkdaşlıq çərçivəsində atdığı addımlar əks olunub.

Bununla yanaşı, ETX-nin beynəlxalq kibertəhlükəsizlik platformalarında aktiv iştirakı, tərəfdaş qurumlarla əməkdaşlığın genişləndirilməsi və qlobal kibertəhlükəsizlik təşəbbüslərinə verdiyi töhfələr də diqqətə çatdırılıb.

Qeyd edək ki, “OIC-CERT” üzv dövlətlər arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı, təcrübə mübadiləsinin təşviqi və qlobal kiberməkanın təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən beynəlxalq platformadır.

Paylaş: