Xəbər axtarın

Son axtarış nəticələri:

İndiki Bakı Abutalıbovun əl işidir – Prime TV-nin canlı yayımında GƏRGİN DEBAT - VİDEO

27.05.2026 14:05

İndiki Bakı Abutalıbovun əl işidir – Prime TV-nin canlı yayımında GƏRGİN DEBAT - VİDEO

“Azərbaycanda ən ciddi problem idarəçiliklə bağlıdır. Ölkədə vahid koordinasiya yoxdur. Hər nazirlik 4-5 struktura bölünüb”.

Primeinfo.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Nəcəf Prime TV-nin canlı efirində yayımlanan “Qırmızı masa” verilişində deyib.

“Sovetlər dövəmində yeraltı çayların dəqiq xəritəsi vardı, istiqamətləri bəlli idi. Həmin istiqamətlərdə tikintilərin aparılması qadağan idi. İndi yeraltı çayların üstündə binalar tikilir”, – deyə o əlavə edib.

Jurnalist Aygün Muradxanlı isə qeyd edib ki, həmin qadağan olunmuş ərazilərdə nəhəng evlər tikilir və 1 kvadrat metri 8 min manata satılır.

Keçmiş maliyyə naziri Fikrət Yusifov da səslənən fikirləri təsdiqləyib və dövlət qurumları arasında koordinasiyanın yox səviyyəsində olduğunu söyləyib:

“Biz bunu hər addımda görürük. Əgər koordinasiya olsaydı, Bakıda güclü yağış yağan günü Dövlət İmtahan Mərkəzi imtahan təyin etməzdi”.

Gərgin keçən müzakirələr zamanı qeyd edilib ki, paytaxtda bu gün yaşanan problemlərin böyük əksəriyyəti Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun yararsız fəaliyyəti ilə bağlıdır.

Paylaş: