Xəbər axtarın

Son axtarış nəticələri:

Rubionun Ermənistan səfəri: 3 mühüm sənəd imzalandı - DETALLAR - FOTO

26.05.2026 20:00

Rubionun Ermənistan səfəri: 3 mühüm sənəd imzalandı - DETALLAR - FOTO

Xəbər verdiyimiz kimi, ABŞ-nin dövlət katibi Marko Rubio bu gün Ermənistana rəsmi səfər edib.

Primeinfo.az-ın Oxu.az-a istinadən məlumatına görə, İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla amerikalı rəsmi arasında görüş keçirilib.

Tərəflər arasında Ermənistan və ABŞ arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında nizamnamə imzalanıb.

Bundan başqa, məlum olub ki, Marko Rubionun Ermənistana səfəri qısalığına görə bütün rekordları qırıb. Amerikalı diplomat Hindistandan gələrkən yolda yanacaq doldurmaq üçün qısa dayanacaq çərçivəsində İrəvanda eniş edib və respublika paytaxtında bir saatdan az qalıb.

Ekstremal dərəcədə qısa müddətə baxmayaraq, tərəflər birbaşa hava limanında ildırımsürətli danışıqlar aparmağa və üç mühüm sənəd imzalamağa macal tapıblar.

Onlardan ən əsası TRIPP (“Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu”) strateji əməkdaşlıq layihəsi üzrə sazişin paraflanması olub.

Həmçinin Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası və kritik mühüm mineralların tədarükünə dair memorandum imzalanıb.

Ararat Mirzoyan bildirib ki, Ermənistan və ABŞ arasında TRIPP (“Tramp marşrutu”) layihəsi üzrə çərçivə sazişi bir neçə həftə ərzində imzalanacaq:

“Ermənistan və ABŞ arasında TRIPP layihəsi üzrə bu gün paraflanmış strateji əməkdaşlıq haqqında çərçivə sazişi bir neçə həftə ərzində imzalanacaq”.

Mirzoyan vurğulayıb ki, sənədin mətni siyasi səviyyədə tam razılaşdırılıb, lakin hər iki ölkədə başa çatdırılmalı olan texniki prosedurlar qalmaqdadır: “Bu prosedurlar bir neçə həftə ərzində başa çatdırılacaq və biz yekun sənədi imzalayacağıq”.

Rubionun Ermənistan səfəri: 3 mühüm sənəd imzalandı - DETALLAR - FOTO

O qeyd edib ki, hazırlıq çərçivəsində daha bir sıra sənədlərin, xüsusən də TRIPP şirkətinin nizamnaməsinin imzalanması zəruridir.

Mirzoyanın sözlərinə görə, layihəyə müxtəlif ölkələr və şirkətlər maraq göstərir.

“Bir sıra ölkələr müxtəlif istiqamətlərdə, xüsusən də materialların, relslərin tədarükü, tikinti və proqram təminatı üzrə layihəyə maraq göstərir. Biz artıq bir sıra tərəfdaşlarla ilkin müzakirələr və fikir mübadiləsi aparmışıq, lakin mən hələlik hər hansı nəticə çıxarmaq və ya adlar çəkmək istəməzdim”, – o vurğulayıb.

Sürətli rəsmi mərasimdən və mətbuat üçün bəyanatlardan dərhal sonra ABŞ dövlət katibinin təyyarəsi İrəvanı tərk edib.

Rubionun Ermənistan səfəri: 3 mühüm sənəd imzalandı - DETALLAR - FOTO

Paylaş: