Nəsimi rayonunda özünü sosial media meneceri (SMM) kimi təqdim edərək dələduzluq edən 22 yaşlı E.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. DİN-dən Primeinfo.az-a verilən məlumata görə, o, sosial şəbəkələrdə reklam yerləşdirmək barədə yalan vədlər verərək zərərçəkənlərin müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirib. Araşdırmalarla E.Məmmədovun bu üsulla bir neçə nəfəri aldatdığı müəyyən edilib.
Azərbaycanda martın 28-də dələduzluğa görə axtarışda olan üç nəfər saxlanılaraq istintaqa təhvil verilib. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Həmçinin ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
“AzFinance İnvestisiya Şirkəti”nin direktoru, məşhur maliyyəçi İntiqam Səfərəliyev həbs edilib.
“Son günlər bəzi özəl tədris mərkəzləri tərəfindən Elektron Təhlükəsizlik Xidmətinin (ETX) adından istifadə olunaraq kursların keçirilməsi barədə vətəndaşlardan məlumatlar daxil olmaqdadır”. Primeinfo.az-a bu barədə ETX-dən bildirilib. “Müraciətlərdən aydın olur ki, tədris mərkəzi nümayəndələri özlərini ETX ilə əlaqəli şəxslər kimi təqdim edərək, qurumun statusundan sui-istifadə hallarına yol verir və vətəndaşlara müxtəlif ödənişli xidmətlər təklif edirlər.
Naxçıvanda kredit adı ilə kiber dələduzluq edən şəxs saxlanılıb. Naxçıvan DİN-dən Primeinfo.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindən vətəndaşlara qarşı törədilən kiber dələduzluq faktı ilə bağlı əməliyyat tədbiri həyata keçirilib. Daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Elnarə Bünyatova saxlanılıb.
Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb. Primeinfo.az xəbər verir ki, zərərçəkmiş əvvəlcədən tanış olduğu şəxs tərəfindən “işə düzəltmək” adı altında 11 500 manat vəsaitinin aldadılaraq ələ keçirilməsi barədə polisə müraciət edib. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov saxlanılıb.
Azərbaycanın mərhum Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova həbs edilib. Primeinfo.az Manset.az-a istinadən xəbər verir ki, Bakıda kosmetoloq kimi fəaliyyət göstərən N.Həsənova Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham edilir.
Son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun qaynı işdən çıxarılıb.
Paytaxtın Səbail rayonunda dələduzluq faktı qeydə alınıb. Zərərçəkən əvvəlcədən tanıdığı şəxsdən “brend marka” adı altında 2 ədəd qol saatı alıb və sonradan həmin məhsulların orijinal olmadığı ortaya çıxıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılıb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, polis əməkdaşlarının yanvarın 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.