Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: dələduzluq

Vəzifəli şəxsin qohumu adı ilə dələduzluq etdi

Vəzifəli şəxsin qohumu adı ilə dələduzluq etdi

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə müxtəlif şəxslərin etibarından sui-istifadə edərək onlara maddi ziyan vurmaqda şübhəli bilinən 38 yaşlı Nazim Həsənzadə saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Primeinfo.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, N.Həsənzadə özünü vəzifəli şəxslərdən birinin qohumu kimi təqdim edərək müxtəlif məbləğlərdə pul vəsatini ələ keçirib. Bundan başqa N.Həsənzadənin şirkətlərdən birinə maddi ziyan vurduğu da məlum olub.

Dələduzluqda təqsirləndirilən şəxs azadlığa buraxılıb

Dələduzluqda təqsirləndirilən şəxs azadlığa buraxılıb

Dələduzluq etməkdə təqsirləndirilən Nurəli Məmmədov barəsindəki qərardan kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Primeinfo.az xəbər verir ki, Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, şikayət qismən təmin edilib.

Bakıda dələduzluq edən şəxs saxlanılıb

Bakıda dələduzluq edən şəxs saxlanılıb

Paytaxtın Xətai rayonunda onlayn alış-veriş zamanı vətəndaşlardan birinin pulu dələduzluq yolu ilə ələ keçirilib. Primeinfo.az xəbər verir ki, müştərilərdən biri zərərçəkənə zəng edərək 1060 manat dəyərində məhsul sifariş verərək onların taksi vasitəsilə göndərilməsini xahiş edib. O, ödənişi sürücü vasitəsi ilə geri gondərəcəyini bildirib.

Josep Borrelin adı dələduzluqda hallandırılır

Josep Borrelin adı dələduzluqda hallandırılır

Avropa Komissiyası Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə əvvəlki ali nümayəndəsi Josep Borrelin dələduzluq işində iştirakı məsələsini şərh etməkdən imtina edib. Primeinfo.az xəbər verir ki, Aİ-nin rəsmi nümayəndəsi Anita Hipper Avropa Komissiyasında keçirilən brifinqdə Avropa Xarici Fəaliyyət Xidmətinin ofislərində axtarışların aparıldığını təsdiqləyib. Hipper davam edən istintaqa istinad edərək, axtarışların səbəbini və kim tərəfindən aparıldığını açıqlamaqdan imtina edib.

Naxçıvanda şəxs işə düzəltmək adı ilə 50 min pulu mənimsədi - FOTO

Naxçıvanda şəxs işə düzəltmək adı ilə 50 min pulu mənimsədi - FOTO

Naxçıvanda işə düzəltmək adı altında dələduzluq edən şəxs məsuliyyətə cəlb edilib. Primeinfo.az xəbər verir ki, Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən 38 yaşlı Elvin İsmayılov saxlanılıb. Belə ki, o, ayrı-ayrı vaxtlarda 5 vətəndaşı işə düzəltmək vədi ilə aldadaraq 50 min manat pul vəsaitini ələ keçirib.

DİN: "Saxta elanlarla pul ələ keçirən 4 nəfər tutuldu"

DİN: "Saxta elanlarla pul ələ keçirən 4 nəfər tutuldu"

  Sosial şəbəkələrdə saxta elanlar yerləşdirən və özünü internet saytlarının təhlükəsizliyi məsələləri üzrə mütəxəssisi kimi təqdim edərək dələduzluqlar 4 nəfər saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Saxlanılan şəxslər əvvəllər də eyni əmələ görə məhkum olunmuş şəxslər – Şahin Rəcəbov, Aqşin Bədəlov, İlkin Niyazov və Cəfər Cəfərovdur.