Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: dələduzluq

Özünü "BakuBus"ın sürücüsü kimi təqdim etdi, qurum hərəkətə keçdi - VİDEO

Özünü "BakuBus"ın sürücüsü kimi təqdim etdi, qurum hərəkətə keçdi - VİDEO

Özünü “BakuBus” MMC-nin sürücüsü kimi təqdim edən şəxsin şirkətin fəaliyyəti ilə bağlı səsləndirdiyi iddialara qurumdan cavab verilib. Primeinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, özünü “BakuBus” sürücüsü kimi təqdim edən Babək Dərbəndəliyev şirkətin avtobuslarının texniki vəziyyətini, ehtiyat hissələrinin çatışmazlığını və sürücülərin iş şəraitini tənqid edib. O, çıxışında sentyabrın 15-dən məktəblərin açılması ilə sərnişin sayının artacağını, eyni zamanda Bakı metrosunun müəyyən istiqamətlər üzrə fəaliyyətində yaranan dəyişikliklərin avtobuslara əlavə yük gətirəcəyini bildirib.

Bakıda TƏHLÜKƏLİ anlar: Oyuncaq maşınla yola çıxdı - FOTO - VİDEO

Bakıda TƏHLÜKƏLİ anlar: Oyuncaq maşınla yola çıxdı - FOTO - VİDEO

Bakıda hərəkətin intensiv olduğu yolda oyuncaq nəqliyyat vasitəsi ilə hərəkət edərək həm özünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün real təhlükə yaradan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. Primeinfo.az Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə (BŞDYPİ) istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Mirzəli soyadlı həmin şəxs saxlanılıb. Onun barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.

ŞOK: Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? - FOTO

ŞOK: Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? - FOTO

Goranboyda 2 saylı tam orta məktəbin işdən çıxarılan direktoru İlhamə Qasımovanın məktəbin əmlakına zərər vurması ilə bağlı iddialar yayılıb. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Məktəb direktorunun vəzifədən azad edildikdən sonra məktəbin sanitar qovşağındakı avadanlıqları, əl-üzyuyanları sökərək öz evinə apardığı iddia olunur.

Bakıda “cin çıxaran” qadına CİNAYƏT İŞİ AÇILDI

Bakıda “cin çıxaran” qadına CİNAYƏT İŞİ AÇILDI

Paytaxt sakini polisə müraciət edərək sosial şəbəkələrin birində dələduzluqla üzləşdiyini bildirib. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, “TikTok” sosial şəbəkəsində özünü ekstrasens-parapsixoloq kimi təqdim edən şəxsin paylaşdığı elanı görərək ona müraciət edib. Elan sahibi zərərçəkəni övladındakı “cini çıxaracağı” vədi ilə aldadaraq 3500 manat maddi vəsaitini ələ keçirib.

Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş

Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş

“İdman Azərbaycan” və MTV kanalının rəhbəri olmuş əməkdar jurnalist Elsevər Dünyamalıyev dövlət xidmətində vəzifəyə keçmək istəyərkən işə düşüb. Primeinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Prezidentin Mühafizə İdarəsində İnformasiya xidmətinə şöbə rəisi təyin olunması üçün danışıq apardığı zabit onu aldadıb. Dünyamalıyevi aldadan isə Хüsusi Dövlət Mühafizə Хidmətində (XDMX) işləmiş Bəşir Bəşirov olub.

Binəqədidə dələduzluq edən şəxs SAXLANILIB

Binəqədidə dələduzluq edən şəxs SAXLANILIB

Bakıda ev satmaq adı ilə dələduzluq edən şəxs tutulub. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, Binəqədi rayonunda dələduzluq etməkdə şübhəli bilinən 42 yaşlı X.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs özünü əmlakçı kimi təqdim edərək zərərçəkənin etibarından sui-istifadə edib və onun 23 min manata yaxın məbləğdə pul vəsaitini ələ keçirib.

Bill Qeytsin qızı 20 ilədək həbs oluna bilər: Dələduzluq İDDİASI

Bill Qeytsin qızı 20 ilədək həbs oluna bilər: Dələduzluq İDDİASI

“Microsoft” şirkətinin qurucusu Bill Qeytsin qızı Fibi Qeyts “cookie stuffing” adlı dələduzluq sxemi ilə bağlı ittihamlara görə 20 ilədək azadlıqdan məhrum edilə bilər. Primeinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg”in apardığı araşdırmaya istinadən “LADbible” məlumat yayıb. 23 yaşlı Qeyts Sofiya Kianni ilə əməkdaşlıq edərək geyim və aksesuarların alışı zamanı endirimlər tapmağa kömək edən “Phia” brauzer genişlənməsi xidmətini yaradıb.

Bank kartı məlumatlarınızı paylaşmayın - DİN-dən vətəndaşlara ÇAĞIRIŞ 

Bank kartı məlumatlarınızı paylaşmayın - DİN-dən vətəndaşlara ÇAĞIRIŞ 

Kiberdələduzlar saxta internet səhifələri və keçidlər, uduş və hədiyyə vədləri, eləcə də digər cəlbedici təkliflər vasitəsilə vətəndaşların bank kartlarına aid məxfi məlumatları ələ keçirməyə çalışırlar. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. “Vətəndaşlara bir daha xatırladırıq ki, bank kartının məlumatları, o cümlədən CVV/CVC və əməliyyatların təsdiqi üçün göndərilən 3D Secure OTP kodları məxfidir və heç bir halda digər şəxslərlə paylaşılmamalıdır.

Ləman Ələşrəfqızını aldadaraq, İqbal Ağazadənin adından pul yığan şəxs araşdırılır – DİN - FOTO

Ləman Ələşrəfqızını aldadaraq, İqbal Ağazadənin adından pul yığan şəxs araşdırılır – DİN - FOTO

Ötən gün Ümid Partiyasının sədri İqbal Ağazadə “Teleqram” hesabının kiberfırıldaqçıların hədəfinə çevrildiyini açıqlanmışdı. O, Daxili İşlər Nazirliyinə müraciətində naməlum şəxsin onun adından kontaktında olan şəxslərə mesaj yazıb pul istədiyini qeyd etmişdi. Primeinfo.az bildirir ki, məsələ ilə bağlı Modern.az Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb.