Güllələnmiş şəxs İsa Həbibbəylinin baldızı oğludur? - FOTO
Dünən paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti tapılan Nicat Quliyev dövlət qurumlarının birinin əməkdaşı imiş.
Dünən paytaxtın Nizami rayonu ərazisində mənzildə güllələnmiş meyiti tapılan Nicat Quliyev dövlət qurumlarının birinin əməkdaşı imiş.
Bu gün saat 08:35 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisindən keçən avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. Məlumata görə, Umudvar Abbasovun idarə etdiyi “MAN” markalı yük avtomobili yağışlı hava şəraiti və sürət rejimini nəzərə almadan sərt döngəyə daxil olarkən idarəetmə itib və qarşıdan gələn “Toyota” markalı minik avtomobili ilə toqquşub.
Polis əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Primeinfo.az-a bildirilib ki, keçirilən növbəti tədbirlərlə Xəzər dənizinin kənarından qeyri-qanuni qum-çınqıl daşınmasını həyata keçirən 34 yaşlı M.Hüseynov, “Hovo” markalı markalı yük avtomobilinin sürücüsü 41 yaşlı Z.Vəlizadə, “Şakman” markalı yük avtomobillərinin sürücüləri 26 yaşlı M.Məmmədov və 42 yaşlı T.Həsənov müəyyən olunaraq saxlanılıblar.
Ötən gün ölkə ərazisində ümumi çəkisi 24,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Primeinfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.
Yasamal rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız at əti məhsullarının satıldığı aşkarlanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Qida Təhlükəsizliyi Agentliyi (AQTA) birgə məlumat yayıb. Bildirilib ki, qanunsuz fəaliyyətlə məşğul olan iki nəfər – Kamal Əkbərov və Mehman Cəfərov saxlanılıblar.
MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) onlayn dələduzluq piramidası olan “Zuerx” platformasına qarşı əməliyyat keçirib. Primeinfo.az DİN-ə istinadən xəbər verir ki, kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbirlərlə qeyd edilən piramidanı idarə edən şəxslər 32 yaşlı Əli Qarazadə, 35 yaşlı Samir Ağazadə və 39 yaşlı Elmar Xosiyev müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla məlub olub ki, onlar “Whatsapp” və digər ani mesajlaşma şəbəkələrində yaratdıqları qruplara üzv olan 400 nəfərdən artıq şəxsə “Zuerx” piramidasına kriptovalyuta formasında yatırımlar etməklə böyük məbləğlərdə gəlir qazanacaqlarına dair yalan vədlər veriblər.
Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Bölməsinin əməkdaşlarının tədbirləri ilə Xəzər dənizidə qadağan edilən üsul və vasitələrlə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb. Primeinfo.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, R.Musayevdən “Yamaha” mühərrikli motorla təchiz edilmiş qayıq, sintetik tor, ov alətləri, eləcə də qanunsuz olaraq ovlanan müxtəlif növ balıq aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Noyabrın 29-30-da ölkə ərazisində qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Primeinfo.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 141, o cümlədən borclu şəxs qismində axtarışda olan 112 nəfər, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər, dələduzluğa görə axtarışda olan 17 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 5-də ümumi çəkisi 14 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Ötən gecə paytaxtın Nərimanov rayonunda faciəvi hadisə qeydə alınıb. Primeinfo.az xəbər verir ki, saat 23 radələrində 1984-cü il təvəllüdlü Şəki sakini Xəyalə Rzayeva yaşadığı F.Əsədov küçəsindəki 16 mərtəbəli binanın 14-cü mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. O, hadisə yerində ölüb.