Baş Dövlət Yol Polisi İdarəsi (DYP) həftəsonu bölgələrə və paytaxta səfər edənlərin sayında artım müşahidə olunacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücülərə qeyri-sabit hava şəraitində daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, ötmə və manevretmə zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir. Primeinfo.az xəbər verir ki, bu barədə DYP məlumat yayıb. Bildirilib ki, sinoptiklərin məlumatına əsasən iyunun 28-dək davam edəcək yağışlı havanın piyadaların hərəkətində də çətinliklər yaradacağını, eləcə də moped və motosiklet idarə edən şəxslər üçün əlverişsiz olduğunu xatırladır və onlardan yağmurlu hava şəraitini nəzərə almağı, özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaradan davranışlardan çəkinməyi xahiş edirik.
İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq.
Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunda müəyyən edilmiş sürət həddinə quraşdırılmış radar qurğuları vasitəsilə intensiv nəzarət olunur. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. “Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün yol hərəkəti iştirakçılarını təhlükəsizlik qaydalarına riayət etməyə çağırır”, idarədən bildirilib.
Daxili İşlər Nazirliyi (DİN) həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb. Primeinfo.az xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu yollardakı vəziyyətlə bağlı xəbərdarlığına əsasən, paytaxt və bölgələr arasında hərəkət intensivliyi yüksəlir. Qeyd edilib ki, hər iki istiqamət üzrə səfərlərin sayının artması nəticəsində, xüsusilə avtomagistrallarda nəqliyyat sıxlığı yaranır və bu da qəza riskinə təsirsiz ötüşmür.
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. İdarədən Primeinfo.az verilən məlumata görə, hazırda respublikanın bir sıra bölgələrində külək və yağışla müşahidə olunan qeyri-sabit hava şəraitinin qarşıdakı iki gün ərzində də davam edəcəyi gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar baş verə biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
Bu gün günorta saatlarında paytaxtın Heydər Əliyev prospekti, mərkəz istiqamətində yerüstü piyada keçidinin bir neçə metrliyində çoxzolaqlı yolu keçmək istəyən piyadanı minik avtomobili vurub. Primeinfo.az xəbər verir ki, qəzada xəsarət alan piyada dərhal minik avtomobilinə mindirilərək yol polisi əməkdaşının özü sürücü olmaqla, xəsarət alanın vəziyyəti və yolda yaranan nəqliyyat sıxlığı nəzərə alınaraq həmin şəxs digər yol polisi əməkdaşlarının operativ müşayiəti altında Yeni Klinikaya çatdırılıb. Piyadalara tövsiyə olunur ki, qəzaların baş verməməsi, ölüm və xəsarət hallarının olmaması üçün piyada keçidlərindən istifadə etsinlər.
Hazırda paytaxtda, eləcə də respublikanın bəzi bölgələrində müşahidə olunan yağışlı hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlavə çətinliklər yaradır, yol örtüyünün sürüşkənliyini artırır və görmə məsafəsini məhdudlaşdırmaqla yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciətində bildirilir. İdarə sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, idarəetmə zamanı sürət həddinə ciddi riayət etməyi, ara məsafəsini normadan artıq saxlamağı, nəqliyyat vasitələrinin texniki sazlığını daim nəzarətdə tutmağı və qəfil manevrlərdən çəkinməyi xahiş edir: “Bildiririk ki, əlverişsiz hava şəraitində diqqətli, intizamlı və səbrli davranış hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. İdarədən Primeinfo.az-a verilən xəbərə görə, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Baş Dövlət Yol Polisi İdarəsi intensiv yağışlardan sonra növbəti əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.
“Bayram günlərinin başa çatması ilə ölkə üzrə bölgələrdən daimi yaşayış yerlərinə qayıdan vətəndaşların hərəkəti artıb. Bu səbəbdən, xüsusilə magistral yollarda və şəhərlərə giriş-çıxışlarda intensiv hərəkət müşahidə olunur”. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatında deyilir.
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə növbəti dəfə müraciət edib.